Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötdü

 09:18 09.04.2023     373

“Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur”.

Redaktor.az xəbər verir ki, Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır - 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”-deyə, o bildirib.

Bundan əvvəl Ukrayna Milli Bankı məlumat vermişdi ki, bu ilin fevralında ölkənin beynəlxalq ehtiyatları əvvəlki ayla müqayisədə 3,5% azalaraq 28,86 milyard dollar təşkil edib. Bu, onun ölkənin valyuta bazarında tələb və təklif arasındakı fərqi ödəmək üçün xarici valyutanın satışına müdaxiləsi ilə bağlı baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən