Erməni əsgərlər güllələndi

 12:16 09.04.2023     499

Ermənistan xüsusi ordu korpusunda qanlı insident baş verib.

Redaktor.az Globalinfo.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb.

Belə ki, xidmət yoldaşlarının təhqir və təzyiqlərinə dözməyən əsgər axşam saatlarında avtomat silahından atəş açaraq iki əsgəri güllələyib.

Faktla bağlı araşdırma aparılır.