Marseldə çökən binanın altında 10-a qədər adam qalb

 15:20 09.04.2023     382

Marseldə çökən yaşayış binasının dağıntıları altında 10-a qədər adam qala bilər, lakin qonşu binaların uçmaq təhlükəsi xilasetmə işlərini çətinləşdirir.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə hadisə yerinə gələn Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib.

Nazir bildirib ki, hadisə nəticəsində altı nəfər xəsarət alıb, onların həyatı təhlükəsi yoxdur.

O, həmçinin əmin edib ki, səhər saatlarında xilasetmə əməliyyatları zamanı baş verən qonşu binanın qismən uçması polis və xilasedicilər arasında itkilərə səbəb olmayıb.

“Ehtiyat tədbiri olaraq qonşu evlərin sakinləri dərhal təxliyə edilib, onlardan 33 nəfərə həkimlər tərəfindən tibbi yardım göstərilib. Hakimiyyət həmçinin ərazidəki digər evləri də boşaltmağı planlaşdırır, ümumilikdə söhbət onlarla binadan gedir”.

Şəhərin meri Benoit Payanın deyib ki, bina qəzalı kimi qeydə alınmayıb və son vaxtlar onun vəziyyəti ilə bağlı sakinlərdən heç bir şikayət daxil olmayıb.

Marsel prokurorluğu "qəsdən bədənə xəsarət yetirmə" ilə bağlı araşdırmaya başlayıb, lakin hadisə nəticəsində ölənlər olarsa, bu, yenidən təsnif edilə bilər.