Ərdoğan hökumətinin keçmiş naziri CHP-dən namizəd oldu

 16:33 09.04.2023     272

Türkiyənin sabiq ədliyyə naziri Sadullah Ergin deputatlığa namizəd olub.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP hökumətinin eks-naziri bu partiyadan qopmuş DEVA Partiyasının (sədri Ali Babacandır) funksioneridir.

DEVA Partiyası deputatlığa namizədlərini Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından irəli sürdüyü üçün S.Ergin də CHP namizədi kimi seçkilərə qatılıb.

Onun namizədliyi I Ankara seçki bölgəsi üzrə proporsional siyahıda 4-cü sırada göstərilib.

Qeyd edək ki, o, 2009-2013-cü illərdə ədliyyə naziri postunu tutub.

Sadullah Ergin zamanında Fazilet və Refah Partiyasının Hatay bölgə rəhbəri olub. Həmçinin Ərdoğanın rəhbərliyi altında yaradılan Ədalət və Yüksəliş Partiyasının Hatayda təşkilat komitəsinin rəhbəri olub. Sözügedən Partiyadan 3 dəfə millət vəkili seçilib.