35 min əvvəl insanlar belə olub

 23:59 09.04.2023     352

Braziliyalı mütəxəssislər rəqəmsal üsulla 35 min il əvvəl yaşamış misirlinin üzünü canlandırıblar.

Redaktor.az xəbər verir ki, dünyanın marağına səbəb olan bu işin müəllifləri arxeoloq Moasir Elias Santos və 3Ddizayneri Cicero Moraesdır. Onlar 1980-ci ildə Misirdə arxeoloji sahədə tapılan insan skeleti qalıqlarından rəqəmsal təsviri yenidən yaratmaq üçün istifadə ediblər.

Daha sonra antropoloji təhlillər nəticəsində skelet qalıqlarının 17-29 yaşında ölən Afrika əsilli kişiyə aid olduğu müəyyən edilib. Təhlil göstərib ki, onun boyu təxminən beş fut üç düym (1 fut həm də 12 düymə bərabərdir, bir fut özü isə 30,48 sm, 1 düym isə 2,54 sm-ə bərabər götürülür-red.) hündürlüyündə olub.

Komanda arxeoloqlara skelet qalıqlarından ölmüş şəxsin üz cizgilərini yenidən yaratmağa kömək edən üz yaxınlaşması prosesindən istifadə edib.

“Bir neçə il əvvəl biz artıq ən məşhur fosil nüsxələri ilə insan təkamülü ilə bağlı bir sıra təxminlər  üzərində işləyirdik”, – Ponta Qrossadakı Ciro Flamarion Cardoso Arxeoloji Muzeyinin arxeoloqu Moasir Santos CNN-ə bildirib. Onlar bu üsuldan araşdırmanın əsasını təşkil edən kəllə sümüyünün fotoqrammetriyasını inkişaf etdirmək üçün istifadə ediblər.

Fotoqrammetriya insan skelet qalıqlarını araşdırdıqdan sonra etdikləri fotoşəkillərdən 3D təsvirlərin çıxarılması prosesidir.

Bu proses mütəxəssislər tərəfindən insanların əsrlər boyu necə inkişaf etdiyini müəyyən etmək üçün istifadə edilib (konkret.az).