Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsini əmr ETDİ

 08:31 10.04.2023     461

İordan çayının qərb sahilində və Təl-Əvivdə baş verən hücumlarda 3 nəfərin ölümündən sonra İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Bildirilib ki, İsrailin hökumət başçısı polisə sərhəd polisinin bütün ehtiyat hissələrini səfərbər etməyi tapşırıb və İsrail Müdafiə Ordusuna əlavə qüvvələrin səfərbər olunmasını əmr edib.