Ukraynada daha 670 Rusiya hərbçisi MƏHV EDİLDİ

 09:41 10.04.2023     379

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 178820 (+ 670) nəfər canlı qüvvəsi, 3637 (+1) tank, 7028 (+4) ədəd zirehli döyüş maşını, 2750 (+10) ədəd artileriya sistemi, 534 (+1) reaktiv yaylım atəşi sistemi, 282 (+0) hava hücumundan müdafiə sistemi, 307 (+0) təyyarə, 292 (+0) helikopter, 2323 (+11) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5607 (+5) avtomobil texnikası və avtosistern, 311 (+2) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL