ABŞ esminesi Cənubi Çin dənizində göründü

 10:32 10.04.2023     613

"Amerikanın “Arleigh Burke” sinifli “Milius” raket esminesi Cənubi Çin dənizindəki Meyci rifi (digər adı Mischief) yaxınlığında qeyri-qanuni olaraq Çin ərazi sularına daxil olub".

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi Çin Xalq Azadlıq Ordusunun (AXO) Cənub Bölgəsi Döyüş Komandanlığının sözçüsü Tian Junli bildirib.

"Aprelin 10-da "Milius" idarəolunan raket esminesi Çin hökumətinin icazəsi olmadan tranzit üçün Çinin Nanşa adaları yaxınlığındakı Meiji qayalığına bitişik sulara qeyri-qanuni daxil olub", - Çin Mərkəzi Televiziyası ondan sitat gətirib.

Tian Junli əlavə edib ki, Cənub Döyüş Komandanlığı Bölgəsi ABŞ esminesini izləmək üçün dəniz və hava qüvvələrinə həyacan siqnalı verilib.

"Çinin Cənubi Çin dənizi adaları və ona bitişik sular üzərində danılmaz suverenliyi var və Cənubi Döyüş Komandanlıq Zonasının qoşunları hazırda yüksək döyüş hazırlığı verilib",- Tian Junli bildirib.

Ekspertlət Amerika esminesinin Tayvan adası ilə bağlı gərginlik fonunda Cənubi Çin dənizində görünməsini böyük həyacanla izləyirlər. Çünki hadisələrin yüksələn istiqamətdə davamı 3-cü Dünya müharibısinə səbəb ol bilər.

Tunar Altunbay