Məsciddən çıxanlara atəş açıldı: Çox sayda yaralı var

 10:41 10.04.2023     806

Türkiyənin Çorum vilayətinin İskilip rayonunda təravih namazından sonra məsciddən çıxanlara açılan atəş nəticəsində aralarında kənd muxtarı da daxil olmaqla 2-si qadın 6 nəfər yaralanıb.

Redaktor.az İHA-ya istinadla xəbər verir ki, hadisədən sonra jandarma qrupları şübhəlinin tutulması üçün işə başlayıb.

Hadisə rayonun Yukarıörenseki kəndində baş verib. İddialara görə, kənddə yaşayan Yalçın G. təravih namazından sonra camaatın məsciddən çıxdığı ərazidə tüfənglə atəş açıb. Açılan atəş nəticəsində kənd muxtarı Osman K. və oğlu Sinan K., Raşit Ç., Seyit A.Y., Fikriyə və Satı G. yaralanıb. Bayat və İskilip Dövlət Xəstəxanalarına çatdırılan yaralılar ilk müdaxilənin ardından Çorum Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Turan İSMAYIL

2