Alp dağlarında qar uçqunu zamanı ölənlərin sayı 6 nəfərə çatdı

 14:48 10.04.2023     334

Alp dağlarında qar uçqunu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın “BFM TV” telekanalı polisə istinadən məlumat yayıb.

Polisdən bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.

Fransa Prezidenti Emmanuel Makron öz “Twitter“ səhifəsində həlak olanların ailələrinə başsağlığı verib.

Xatırladaq ki, bundan öncə qar uçqunu nəticəsində 4 nəfərin öldüyü bildirilirdi.