Mask Medvedevin yazılarını "Twitter"dən pozmayacaq

 14:58 10.04.2023     364

Amerikalı iş adamı, "Twitter"in sahibi İlon Mask istifadəçilərdən birinin zəngindən sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sosial şəbəkədəki yazısını silməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Twitter"dəki statusunda paylaşım edib.

Bir "Twitter" istifadəçisi şənbə günü D.Medvedevin öz hesabında "Ukrayna heç kimə lazım deyil" statusunu paylaşdığı üçün onun profilinin bağlanmasını tələb edib.

"Bütün xəbərlər müəyyən dərəcədə təbliğatdır. Qoy insanlar öz qərarlarını versinlər", - Mask Medvedevin hesabına tədbir görülməsi çağırışına cavab olaraq deyib.

"Bu platforma Rusiya dövlət qurumlarının hesablarını nə təşviq etməyəcək, nə də məhdudlaşdırmayacaq, lakin biz sistemi aldatmaq cəhdlərini tez dayandıracağıq", - o, daha sonra yazıb.

Tunar Altunbay