Putin Krımla bağlı qərar verdi

 16:18 10.04.2023     371

Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopolda turizm şirkətlərinə əlavə dəstək vermək vəzifəsini qoyub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, belə bir maddə bazar ertəsi Kremlin saytında dərc olunan təlimatlar siyahısında yer alıb.

"Bu cür təşkilatların məşğulluğunu və səmərəliliyini qorumaq üçün "Turizm və qonaqpərvərlik sənayesi" milli layihəsi hesabına Krım Respublikası və Sevastopol şəhərinin turizm sənayesi təşkilatlarına əlavə dəstək vermək" - paraqraflarda deyilir.

Qeyd edək ki, bu barədə yarımadanın sosial-iqtisadi inkişafına dair müşavirənin yekunlarına dair göstəriş verilib. Bu zaman Krımın rəhbəri Sergey Aksenov 2023-cü ildə Krımın turizm sənayesini dəstəkləmək üçün təxminən 2 milyard rubl daha çox göndərilməsini istəyib və izah edib ki, keçən il belə bir tədbir sənayedə iş yerlərini xilas etməyə kömək edib. Putin bununla razılaşıb və qeyd edib ki, “belə bir qərar lazımdır”.

Qeyd edək ki, Ukraynanın suveren ərazisi olan Krım Rusiya tərəfindən işğal edilib.

Turan İSMAYIL