Paşinyana çətir atdılar

 17:27 10.04.2023     513

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Vayots Dzor bölgəsinə səfər edib.

Redaktor.az-ın məlumatına görə, görüş iştirakçılarından biri "hayastan.news"a bildirib ki, səfər zamanı insident baş verib.

Mənbənin sözlərinə görə, görüş zamanı vətəndaşlardan biri Paşinyanı vurmağa cəhd edib, o, çətirini birbaşa Paşinyana atıb.

Təhlükəsizlik əməkdaşları vətəndaşı hadisə yerindən uzaqlaşdırıblar.

Turan İSMAYIL