Ərdoğan Putinlə görüşəcək? - Çavuşoğlu AÇIQLADI

 19:02 10.04.2023     348

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərləri və ya Türkiyə lideri Tayyib Ərdoğanın Moskvaya səfərləri hələ planlaşdırılmayıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalının efirində deyib.

"Hazırda Putinin Türkiyəyə və ya Ərdoğanın Moskvaya səfəri ilə bağlı heç bir plan yoxdur. Bununla belə, prezidentimiz aktiv diplomatiya aparır. O, Putinlə aktiv telefon danışıqları aparır, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayır", - nazir deyib.

Turan İSMAYIL