Moldova prezidenti xalqı meydanlara çağırdı

 21:37 10.04.2023     368

Moldova prezidenti Maia Sandu müxalifətin burada keçirilən anti-hökumət etirazlarına qarşılıq olaraq Avropaya inteqrasiya tərəfdarlarını Kişinyovda kütləvi aksiyada iştirak etməyə çağırıb.

"Mayın 21-də Böyük Millət Məclisinin meydanında "Avropa Moldova" görüşü təşkil olunacaq. Biz birlikdə ümumi arzumuzu dəstəkləyəcək, bütün dünyaya nümayiş etdirəcəyik ki, Avropa İttifaqını daxildə qurmaq istəyirik", - deyə prezident xalqa  müraciətində qeyd edib.

Redaktor.az TASS-a istinadla bildirir ki, Sandu respublikada baş verən anti-hökumət etirazlarının arxasında respublikanın Avropa İttifaqına inteqrasiya prosesini sabitliyi pozmaqda və sabotaj etməkdə maraqlı olan “cinayətkar qruplar” dayandığını vurğulayıb.

Sandu Avropayönlü partiyaları qarşıdan gələn mitinqə qoşulmağa çağırıb. O, həmçinin vətəndaş cəmiyyəti və elmi dairələrin nümayəndələri ilə birgə fəaliyyəti müzakirə etmək niyyətindədir. "Moldova mühüm tarixi seçim qarşısındadır, gələcəyimiz indi öz əlimizdədir", - prezident bildirib.

Qeyd edək ki, 2022-ci ilin yayından Moldovada müxalifətin kütləvi etirazları keçirilir, nümayişçilər prezidentin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Onlar hakimiyyəti iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə və həyat səviyyəsinin aşağı düşməsində ittiham edirlər. Bu il ölkədə inflyasiyanın səviyyəsi 30%-i keçib, qaz tarifləri 7 dəfə, elektrik enerjisinin qiyməti 3 dəfə artıb. Müxalifət hakimiyyətin hərbi xərcləri artırmaq qərarından da narazıdır və vəsaitlərin sosial sahəyə yönəldilməsini tələb edir.

Tunar Altunbay