NATO Finlandiyanın Rusiya ilə sərhədlərinin müdafiəsini gücləndirir

 22:17 10.04.2023     303

“Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya ordusu şimal-qərb sərhədlərinin müdafiəsi üzərində işləməyə başlayıb”.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla bildirir ki, bu barədə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Andrey Demin deyib.

“Finlandiya NATO blokuna qoşuldu. İsveç alyansa daxil olmağa hazırlaşır. Bu şərtlər daxilində hava hücumundan müdafiə qüvvələri ölkənin şimal-qərbində təhlükənin artması səbəbi ilə dövlət sərhədinin mühafizəsi məsələləri üzərində işləyir”, - deyə Demin qeyd edib.

Xatırladaq ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olub.