Netanyahu istefaya göndərdiyi naziri geri qaytardı

 22:28 10.04.2023     299

İsrailin müdafiə naziri Yoav Qalant daha əvvəl İsraildə hökumətin gündəliyinə zidd olan məhkəmə islahatları haqqında danışdığı üçün işdən çıxarılsa da, vəzifəsində qalacaq.

Redaktor.az xəbər verir ki. bunu bazar ertəsi yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciəti zamanı deyib.

"Bu günlərdə Qalantla bütün cəbhələrdə sutkanın 24 saatı birlikdə işləyirik. Qarşımızda ciddi vəzifələr var. Bir neçə məsələdə fikir ayrılıqlarımız, hətta ciddi fikir ayrılıqlarımız olub, amma mən bunu bir kənara qoymaq qərarına gəldim. Qalant öz işində qalır. Biz İsrail vətəndaşlarının təhlükəsizliyi üçün birlikdə işləməyə davam edəcəyik",- deyə baş nazir çıxışında qeyd edib.

Tunar Altunbay