ABŞ-da fövqəladə vəziyyət rejimi ləğv edildi
Prezident Co Bayden ABŞ-də koronavirusun yayılması ilə bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv edib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ABŞ-də səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi 2020-ci ilin martında keçmiş Prezident Donald Tramp tərəfindən tətbiq edilib.
T.İSMAYIL