"Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir" - Kremldən Yaponiyaya CAVAB

 14:15 11.04.2023     348

Kuril adalarının cənub hissəsi Rusiyanın ayrılmaz hissəsidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaponiya Xarici İşlər Nazirliyinin Rusiyanın bu əraziləri “qanunsuz olaraq işğal etdiyi” barədə bəyanatını şərh edərkən deyib.

"Biz onları müntəzəm olaraq görürük, biz məsələnin bu cür formalaşdırılmasını və bu cür ifadələri qəbul etmirik. Kuril adaları Rusiya Federasiyasının ayrılmaz hissəsidir", - Kreml sözçüsü bildirib.

Turan İSMAYIL