Rusiyada ikinci səfərbərlik dalğası başlayır?
Rusiyada ikinci səfərbərlik dalğası yoxdur.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Media nümayəndələri Peskovun mart ayında Kremlin səfərbərliyin ikinci dalğasının mümkünlüyünü müzakirə etməməsi ilə bağlı bəyanatlarını xatırladıblar. Bu məsələ ilə bağlı hər hansı dəyişikliyin olub-olmaması ilə bağlı suala cavab olaraq prezidentin mətbuat katibi vurğulayıb: “Xeyr, hələ də olmayıb və yoxdur”.
Jurnalistlər mətbuat katibinə səfərbərliyin ikinci dalğası elan olunarsa, çağırış vərəqələrinin necə gələcəyini də soruşublar. "Çağırış vərəqələrinə gəlincə, indi yalnız qanun layihəsi üzərində iş gedir, o, davam edir", - Peskov bildirib.
Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirmişdi ki, Dövlət Dumasının çərşənbə axşamı baxacağı düzəlişlər çağırış vərəqələrinin elektron formada təkrarlanması imkanını nəzərdə tutur. Eyni zamanda, hərbi xidmətə çağırılan şəxs onları istər dövlət xidmətləri portalı, istərsə də çoxfunksiyalı mərkəzlərdə ala bilər. Bütün çağırış vərəqələri - həm elektron, həm də kağız üzərində - eyni hüquqi qüvvəyə malik olacaq.
Turan İSMAYIL