"Hər şeyin öz-özünə yaxşı olacağına inanmaq yanlış olardı" - Putindən XƏBƏRDARLIQ
Rusiya Prezidenti Vladimir Putin daxili iqtisadiyyat üçün xarici risk faktorlarının qalması barədə xəbərdarlıq edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, dövlət başçısı bunu aprelin 11-də iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib.
"İqtisadiyyatımız üçün xarici risk faktorları aradan qalxmayıb. Bu baxımdan rahatlaşmaq, vəziyyətin öz axarı ilə getməsinə imkan vermək, hər şeyin öz-özünə yaxşı olacağına inanmaq yanlış olardı. Bizim bunu etməyə haqqımız yoxdur" - Putin deyib.
Turan İSMAYIL