"Türkiyə ÜDM-i 1,5 trilyon dollara çatdırmağı planlaşdırır" - Ərdoğan

 20:20 11.04.2023     465

Türkiyə qarşıdakı illərdə ÜDM-ni 1,5 trilyon dollara çatdırmağı planlaşdırır.

Redaktor.az bildirir ki, “Anadolu”nun məlumatına görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə,Türkiyənin 2022-ci ildə ÜDM-i 905 milyard dollar təşkil edib.

Ərdoğan ÜDM-in artım tempi sayəsində yaxın 5 ildə Türkiyədə altı milyon yeni iş yerinin açılacağını, işsizlik səviyyəsinin 7%-ə düşəcəyini vəd edib.

"Gələcək illərdə biz iqtisadi artım tempini illik 5,5% səviyyəsində saxlamağı planlaşdırırıq ki, bu da Türkiyənin ÜDM-ni ilk növbədə 1,5 trilyon, gələcəkdə isə 2 trilyon dollara çatdırmağa imkan verəcək. Türkiyədə adambaşına düşən ÜDM 16 min dollara çatacaq və bu həm də hədd deyil”, - Türkiyə lideri bildirib.

Xatırladaq ki, Türkiyədə ümumi - parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Prezident seçkilərinin ikinci turu, lazım gələrsə, mayın 28-nə təyin edilib.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmən ikinci müddətə namizədliyini irəli sürür. Dövlət başçısının əsas rəqibi müxalifətdə olan “Xalq Alyansı”ndan vahid namizəd Kamal Kılıçdaroğlu olacaq.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən