Tramp Rusiya, Çin və Şimali Koreya liderlərini "ən ağıllı" insanlar ADLANDIRDI

 09:52 12.04.2023     407

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya, Çin və Şimali Koreya liderlərini ən ağıllı insanlar adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu fikri amerikalı siyasi şərhçi Taker Karlsona “Fox News” telekanalına müsahibəsində bildirib.

"Onların hamısı ən yaxşısıdır. Bu insanlar öz oyunlarında ən yaxşılardır. Amerikalı uşaqlar belə deyillər və heç vaxt olmayıblar", - Ağ Evin keçmiş rəhbəri qeyd edib.

O, Çin sədri Si Cinpinin "parlaq", Şimali Koreya lideri Kim Çen Inın "ən yaxşı", Rusiya Prezidenti Vladimir Putinin "çox ağıllı" olduğuna inanır.

Tramp həmçinin əlavə edib ki, 2016-cı ildə seçkilərə müdaxilə ilə bağlı demokratların başlatdığı əsassız araşdırma olmasaydı, ABŞ Rusiya ilə qarşılıqlı fayda üçün işləyə bilərdi. "Mənim onunla (Putinlə) çox yaxşı münasibətim var idi. Amma saxta Rusiya təhqiqatı səbəbindən bu, çox çətin idi", - o deyib.

Turan İSMAYIL