Rusiyada partlayıcısı olan dron aeroporta düşdü

 09:53 12.04.2023     439

Rusiyada pilotsuz təyyarə Belqoroddakı beynəlxalq hava limanının hasarına çırpılıb.

Redaktor.az xəbəbr verir ki, bu barədəc "SHOT" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə tipli pilotsuz uçuş aparatı Rusiyanın Ukrayna ilə həmsərhəd regionunda beynəlxalq hava limanının hasarına çırpılıb. Dron düşən zaman partlayıcı qurğu işə düşüb və böyük partlayış olub. Lakin partıayışdan zərərçəkən yoxdur.

Pilotsuz təyyarənin düşdüyü hava limanı Federal Hava Nəqliyyatı Agentliyinin Rusiyanın sərhəd bölgələrində tətbiq etdiyi uçuşların məhdudlaşdırılması rejiminə görə işləmir. Bu ərazi Ukraynadan 35 kilometr aralıda yerləşir.

Hazırda mütəxəssislər hadisə yerində işləyir, onlar pilotsuz təyyarənin qalıqlarını və partlayış yerini tədqiq edirlər.

Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Belqorodda Qələbə Paradının ləğv edildiyini elan edərək, bu tədbirin “Belqorodun mərkəzində çoxlu texnika və hərbi heyətlə düşməni təxribata çəkməmək üçün lazım olduğunu izah edib."

Analoji qərar Kursk vilayətində də qəbul edilib. Kreml bu cür tədbirlərə reaksiya verərək bildirib ki, paradın ləğvi ilə bağlı qərarlar qubernatorların səlahiyyətindədir.

Oktyabrın 19-da Rusiya prezidenti Vladimir Putin Belqorod vilayəti də daxil olmaqla səkkiz regionda orta səviyyəli cavab tədbirləri tətbiq edib. Bu, xüsusilə, ictimai asayişin mühafizəsinin gücləndirilməsini və enerji obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsini nəzərdə tutur.

Tunar Altunbay