Sızdırılmış sənədlərdə ABŞ-ın Çinə nəzarətinin TƏFƏRRÜATLARI

 10:02 12.04.2023     359

Pentaqonun məxfi sənədlərinin sızması ABŞ-ın dünya ölkələri, o cümlədən Çin üzərində nəzarəti ilə bağlı təfərrüatları üzə çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqton Pekini beynəlxalq nizama ən ciddi uzunmüddətli çağırış hesab edir.

Şəbəkəyə sızan məlumatlara görə, ABŞ ən çox Çin tərəfinin Ukraynadakı münaqişədə Rusiyanın mümkün dəstəyindən narahatdır.

CNN aydınlaşdırıb ki, ABŞ Çinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ərazisinə endirdiyi zərbələrdən NATO-nu təcavüzkar və münaqişə tərəfi kimi təqdim etmək imkanını qəbul edir.

Sənədlərdə deyilir: “Ukraynanın zərbələri böyük strateji əhəmiyyət kəsb edən yerə və ya yüksək rütbəli Rusiya liderlərini hədəfə alacaqsa, Çin Rusiyaya verməyə hazır olduğu texnikanın miqyasını və həcmini artıracaq”.

Pentaqonun məxfi materiallarının sızması aprelin 7-də məlum olub. Orda ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları və Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti haqqında məlumatlar var.

Daha sonra ABŞ Ədliyyə Nazirliyi sızma ilə bağlı cinayət təhqiqatına başlayıb.

Tunar Altunbay