“Ukraynanın əks-hücumda uğur qazanmaq üçün kifayət qədər imkanları var” - Pentaqon rəhbəri

 10:23 12.04.2023     321

“Ukraynanın aktiv əməliyyatlar üçün yaxşı planı var”.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin Dövlət Departamentində çıxışı zamanı deyib.

“ABŞ-ın gizli sənədlərinin bu yaxınlarda internetə sızmasına baxmayaraq, Ukraynanın hərbi rəhbərliyi hələ də öz məqsədinə diqqət yetirir. Və mən tam əminəm ki, onlar böyük liderlərin əldə etdiklərinə nail olacaqlar", - o, bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, Ukraynanın aktiv əməliyyatlar üçün əla planı var, lakin onun təfərrüatları yalnız prezident və onun yaxın çevrəsinə məlumdur.

"Onların uğur qazanmaq üçün çoxlu imkanları var. Biz çoxlu sayda qoşun hazırlamışıq, xeyli sayda platforma təqdim etmişik", - o deyib.

Bundan əlavə, ukraynalıların özləri də kifayət qədər yaxşı vəziyyətdə olduqlarını hiss edirlər. Ostin dövlətlərin Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib:

“Belə ki, onlar nə vaxt hücum əməliyyatlarına başlamaq qərarına gəlməsindən asılı olmayaraq, uğur qazanmağa davam edə bilsinlər”, - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, mart ayında Prezident Volodimir Zelenski Ukraynanın yaz əks-hücumuna başlamaq üçün daha çox silah-sursata ehtiyacı olduğunu söyləyib.

Həmçinin müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukrayna ordusu yaya yaxın əks-hücuma keçə bilər. Dünən Baş nazir Denis Şmıxal da oxşar bəyanatla çıxış edib.

Xatırladaq ki, bu yaxınlarda internetə Pentaqonun Ukraynadakı müharibəyə aid gizli sənədləri sızıb.

Arzu İSMAYIL