Kreml Trampın Putinlə bağlı "çox ağıllı" açıqlaması ilə tanışdır - Peskov

 15:07 12.04.2023     444

Kreml ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə bağlı açıqlamaları ilə tanışdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz onunla (Trampın Putinə verdiyi qiymətlə - red.) tanış olduq”, - Kreml sözçüsü deyib.

Xatırladaq ki, amerikalı siyasi şərhçi Taker Karlson ilə Fox News telekanalına müsahibəsində ABŞ-ın keçmiş prezidenti Rusiya, Çin və Şimali Koreya liderlərini ən ağıllı adamlar adlandırıb. Tramp Çin prezidenti Si Cinpini “parlaq”, Şimali Koreya lideri Kim Çen Inı “ən yaxşı”, Rusiya Prezidenti Vladimir Putini “çox ağıllı” adlandırıb.

Turan İSMAYIL