Çin lideri ordunu müharibəyə hazır olmağa ÇAĞIRDI

 15:19 12.04.2023     418

Çin Xalq Azadlıq Ordusunun əsgərləri təlimlərini gücləndirməlidirlər. Söhbət real döyüş əməliyyatlarına yönəldiləcək birindən gedir.

Redaktor.az bu barədə Çin lideri Si Cinpinin bəyanatına istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, o, belə bir göstərişi çərşənbə günü Hərbi Dəniz Qüvvələrində yoxlama apararkən, təftiş zamanı verib.

"Biz real döyüşə yönəlmiş həqiqi hərbi hazırlığı gücləndirməliyik, hərbi və əməliyyat məsələlərinin öyrənilməsini dərinləşdirməliyik, əməliyyat konsepsiyalarını və döyüş hazırlığı metodlarını yeniləməliyik. Qarşıdurma hazırlığını gücləndirməli və diqqəti əsas mövzulara yönəltməliyik", - Si Cinpin deyib.

Çin lideri həmçinin bildirib ki, real döyüş qabiliyyətinin formalaşmasını sürətləndirmək üçün “yeni döyüş qüvvələri və vasitələrini güclü şəkildə inkişaf etdirmək lazımdır”.

"Qoşunların təhlükəsizliyini və sabitliyini təmin etmək üçün qoşunların təlim-tərbiyəsi və idarə olunmasını gücləndirmək lazımdır. Bütün səviyyələrdə, xüsusilə də rəhbər kadrlar. Zabit və əsgərləri daima ordu quruculuğunda yeni vəziyyət yaratmaq üçün hazırlamaq lazımdır”, - Si Cinpin deyib.

Xatırladaq ki, “Foreign Affairs” bu yaxınlarda Çin lideri Si Cinpinin guya Çinin müharibəyə hazırlaşdığını elan etdiyini yazmışdı.

Bu arada Çin ordusu Tayvan yaxınlığında manevrlər və təlimlər keçirməyə davam edir, baxmayaraq ki, bir gün əvvəl Pekin hərbi təlimlərin başa çatdığını elan edib.

Əlavə edək ki, Tayvanın xarici işlər naziri Cozef Vun da deyib ki, Çin yəqin ki, müharibəyə hazırlaşır.

Turan İSMAYIL