Rusiya Ermənistandan açıqlama İSTƏDİ
Moskva Ermənistanın NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istəyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu aprelin 12-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz erməni tərəfdaşlardan onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik. Cavab aldıqdan sonra reaksiyamızı müəyyən edəcəyik", - o deyib.
“Əlbəttə, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”, - diplomat əlavə edib.
Turan İSMAYIL