Ermənistan ordusunda "beşinci kolon" var - Paşinyan AÇIQLADI

 17:44 12.04.2023     391

Azərbaycanla hərbi əməliyyatlar gedən günlərdə yüksək rütbəli zabitlərin özlərinin panika yaratdığı hallar olub.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda çıxışı zamanı deyib.

O, ordu sıralarında “beşinci kolon”un olduğunu təkrarlayıb: “44 günlük müharibə ilə bağlı açılan cinayət işlərinin bir hissəsi komandirlərin ağır nəticələrə səbəb olan məsuliyyətsizliyi, digərləri isə onların birbaşa sabotajı ilə bağlıdır”.

O, komandirlərə qanunsuz addımlar atmağa icazə vermədiyini, bəzi komandirlərin digər yerlərdən bu barədə göstəriş aldıqlarını iddia edib.

Müharibə ilə bağlı yaradılmış parlament komissiyasının sədri Andranik Koçaryana müraciət edən Paşinyan bütün satqınlıq və sabotaj hallarının üzə çıxarılacağına ümidini ifadə edib.