Paşinyan Sərhəd Qoşunlarının komandanını işdən çıxardı

 18:57 12.04.2023     394

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, bu barədə sərəncam Ermənistan prezidentinin saytında dərc olunub.

Maralçyanın istefa təklifi baş nazir Nikol Paşinyandan gəlib. Prezident Vaaqn Xaçaturyan bunu qəbul edib və müvafiq sərəncamı imzalayıb.

Qeyd edək ki, Maralçyan 2020-ci il oktyabrın 26-da Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilib.

O, bu vəzifədə Vaqinak Sarkisyanı əvəz edib.

Tunar Altunbay