ABŞ Ermənistan şirkətlərini "qara siyahı"ya saldı

 20:18 12.04.2023     326

ABŞ Ticarət Nazirliyi Rusiya, Ermənistan, İspaniya, Çin, Malta, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur, Suriya, Türkiyə və Özbəkistandan olan 28 təşkilata ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Federal Reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə deyilir.

Bu şirkətlər Rusiya Silahlı Qüvvələrinə və hərbi-sənaye kompleksinə ABŞ sanksiyalarından yan keçməyə şərait yaradıb.