Norveç Rusiya səfirliyinin 15 əməkdaşını ölkədən qovdu

 14:33 13.04.2023     243

Norveç hökuməti Rusiyanın bu ölkədəki səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Xarici işlər naziri Anniken Huitfelt bildirib ki, rusiyalılar diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlə məşğul olduqları üçün persona non-qrata elan ediliblər.

Qeyd olunub ki, buna səbəb həmin əməkdaşların diplomatik statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olmalarıdır.

Tunar Altunbay