Kuleba Qara dənizi NATO dənizinə çevirməyə çağırdı
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib ki, Qara dəniz yalnız NATO dənizinə çevrilməlidir.
Redaktor.az RBC-yə istinadla xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Qara dəniz demilitasiya edilməli, ondan ticarət və səyahət üçün istifadə olunmalıdır:
“Qara dəniz Baltik dənizində olduğu kimi NATO dənizinə çevrilməlidir. Bu hərbi əməliyyatlar sübut etdi ki, regionun təhlükəsizliyi bölünməzdir. Biri üçün təhlükə hamı üçün təhlükədir”, - deyə Kuleba bunu Qara Dəniz Təhlükəsizlik Konfransında vurğulayıb.
Arzu İSMAYIL