Türkiyədə yenə zəlzələ oldu

 18:25 13.04.2023     442

Türkiyənin cənub-şərqində zəlzələ baş verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.

“Adıyamanın Sincik rayonunda saat 16:26-da 4,3 bal gücündə zəlzələ baş verib”, - məlumatda deyilir.

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər doqquz saat fasilə ilə baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələni "əsrin fəlakəti" adlandırıb.

Turan İSMAYIL