Polşa Almaniyanın MiQ-29-larını Ukraynaya ötürəcək

 19:01 13.04.2023     451

Almaniya Polşaya Varşavanın keçmiş Almaniya Demokratik Respublikasından aldığı Sovet istehsalı olan qırıcıları Ukraynaya təhvil verməyə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı "Der Spiegel" nəşri  məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, Polşa hakimiyyəti Almaniya hökumətindən Ukraynaya MiQ-29 qırıcılarının tədarükünə razılıq verilməsini rəsmi şəkildə xahiş edib. Varşava artıq mart ayında sovet istehsalı olan MiQ-29 qırıcılarının Kiyevə təhvil verildiyini elan etsə də, hələ ki, Ukraynaya heç bir təyyarə göndərilməyib.

Tunar Altunbay