2022-ci ildən bəri Gürcüstanda mənzil alan rusların sayı AÇIQLANDI

 19:16 13.04.2023     371

2022-ci ilin əvvəlindən Rusiya Federasiyasının vətəndaşları Gürcüstanda 8000-dən çox mənzil alıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadi nəşri bm.ge məlumat yayıb. Ümumilikdə, ötən il ölkədə 15 min mənzil satılıb ki, bunun da 10,6 mini əcnəbilər alıb.

KİV-in məlumatına görə, 2022-ci ildə Rusiya Federasiyası vətəndaşları Gürcüstanda 6000-dən çox, bu ilin ilk üç ayında isə 2000-dən çox mənzil alıblar. Ümumilikdə 6100-dən çox əcnəbi mənzil sahibi olub.

İkinci yerdə İsrail vətəndaşlarıdır. 2022-ci ildən bəri onlar 2,5 mindən çox mənzilin sahibi olublar. 2022-ci ildə 1,8 mindən çox, bu ilin birinci rübündə isə 671 mənzil alınıb.

İlk üçlüyü Ukrayna vətəndaşları bağlayır. 2022-ci ildən bəri onlar Gürcüstanda 1,8 mindən çox mənzil alıblar (keçən il 1,3 mindən çox, bu il isə 520).

Qeyd edək ki, Gürcüstan qanunvericiliyi əcnəbilərə ölkədə sərbəst şəkildə mənzil almağa icazə verir.

Turan İSMAYIL