"Çin talançı Qərb modernləşməsi yolu ilə gedə bilməz" - Si Cinpin
Çin “başqa ölkələri soymağı nəzərdə tutan” Qərb modernləşməsi yolu ilə gedə bilməz.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Çin lideri Si Cinpin deyib.
"İrəliləmək üçün addım-addım sabit çalışacağıq" - deyən dövlət rəhbərinin sözlərinə görə, Çin modernləşdirilməsi Qərb modernləşməsindən əsaslı şəkildə fərqlənir:
"Çin qütbləşmə və digər ölkələrin talançılığı ilə xarakterizə olunan Qərb modernləşməsi yolu ilə gedə bilməz".
Si Cinpin qeyd edib ki, Çin modernləşdirilməsi Çinin reallıqlarına, onun milli şərtlərinə uyğun olaraq, aydın məqsədləri, planları və strategiyaları əsasında həyata keçirilir.
Turan İSMAYIL