ABŞ min ildə bir dəfə baş verən leysan yağışına məruz qalıb

 20:11 13.04.2023     402

Leysan Floridanın cənubunda daşqınlara səbəb olub, artıq 500 mm-ə qədər yağış yağıb.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı CNN məlumat yayıb.

"Gündəlik yağıntının belə göstəricisi Florida ştatı üçün son dərəcə nadirdir. Bu, min ildə bir dəfə olur, az olmasa da", - meteoroloq Anna Torres-Vaskes telekanala vəziyyəti şərh edib.

Nəticədə Fort Lauderdeyl şəhərində evləri su basıb, yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Floridanın cənubundakı hava limanları uçuşları dayandırıb. Dövlət meteoroloji xidməti sakinlərə daşqınla bağlı xəbərdarlıq edib, onları səyahət etməməyə və hündür yerə sığınmağa çağırıb.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Cümə axşamı yağıntının daha da zəifləməsinə baxmayaraq, davam edəcəyi gözlənilir.

Tunar Altunbay