Ukrayna çökərsə, Çin Tayvana hücum edə bilər - Polşanın baş naziri

 20:34 13.04.2023     381

Polşanın Baş naziri Mateuş Moravietski  deyib ki, Ukrayna müharibəni uduzsa Çin Tayvana hücum edə bilər.

Redaktor.az "Sky News"a istinadla xəbər verir ki, o, belə bir bəyanatla Vaşinqtonda Atlantik Şurasının iclası zamanı çıxış edib.

Onun fikrincə, bu halda Çin “işğal etməyə həvəsləndirilə bilər”.

Nazir qeyd edib ki, o, müharibə ilə Tayvandakı vəziyyət arasında çoxlu qarşılıqlı əlaqə və asılılıq görür.

“Allah eləməsin, Ukrayna yıxılarsa, Ukrayna zəbt olunarsa, ertəsi gün Çin Tayvana hücum edə bilər”, - Mateuş Moravietski deyib.

Amerika Birləşmiş Ştatları Çinin 2027-ci ildə Tayvan üzərində mümkün müharibəyə hazırlaşmasından narahatdır.

Kəşfiyyat məlumatlarına görə, Çin ordusu o vaxta qədər ABŞ-ın münaqişəyə hər hansı müdaxiləsinin qarşısını almaq üçün kifayət qədər güclü olmaq istəyir.

Tunar Altunbay