Rusiya qırıcısı havaya qaldırldı

 20:53 13.04.2023     374

Rusiyanın MiQ-31 təyyarəsi Norveç Hərbi Hava Qüvvələrinə məxsus "Poseydon" patrul təyyarəsini Barents dənizi üzərində müşayiət edib.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, həmin gün əvvəl Barents dənizi üzərində Rusiyanın dövlət sərhədinə yaxınlaşan hava hədəfi aşkar edilib. Şimal Donanmasının hava hücumundan müdafiə qüvvələrinə məxsus MiQ-31 qırıcısı havaya qaldırılıb.

“Rusiya qırıcısının ekipajı hava hədəfinin Norveç Hərbi Hava Qüvvələrinin R-8A Poseidon baza patrul təyyarəsi olduğunu müəyyən edib. Sərhəd pozuntularına yol verilməyib. Xarici hərbi təyyarə Rusiya Federasiyasının sərhədindən dönəndən sonra rus qırıcısı baza aerodromuna sağ-salamat qayıdıb”, - Müdafiə Nazirliyinin Teleqram kanalı bildirib.

Turan İSMAYIL