FTB Pentaqondan məxfi məlumatları sızdıranların izinə düşüb

 20:56 13.04.2023     336

Pentaqonun məxfi sənədlərini sızdırmaqda məsul ola biləcək nisbətən dar bir qrup insan müəyyən edib.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı istintaqla tanış olan mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

FTB günahkarı müəyyən etməyə daha yaxın olduqlarına inanır.

Bu məlumatı əldə edə bilənlərin ümumi sayı bir neçə min nəfər olsa da, hüquq-mühafizə orqanları toplanmış sübutlar sayəsində onların əksəriyyətini sıradan çıxara bilib. İstintaq işin məhkəməyə verilməsi üçün də materiallar hazırlayır.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden jurnalistlərə açıqlamasında istintaqın işin açılmasına yaxınlaşdığını bildirib.

Bundan əvvəl Amerika KİV-ləri Pentaqon və ABŞ Ədliyyə Nazirliyinin Vaşinqton və NATO-nun Ukrayna Silahlı Qüvvələrini əks-hücum əməliyyatına hazırlamaq planlarına aid məxfi sənədlərin sızması ilə əlaqədar araşdırmaya başladığını yazıb.

Xüsusilə Twitter və Telegram-da silahların tədarükü cədvəlləri və qoşunların sayı barədə məlumatları açıqlayan çoxsaylı materiallar dərc edilib.

Aprelin 7-də “The New York Times” internetdə Ukrayna mövzularında Amerika məxfi sənədlərinin yeni hissəsinin peyda olduğunu bildirib.

Nəşrin məlumatına görə, Yaxın Şərq və Çinlə bağlı materiallar da tapılıb.

Tunar Altunbay