Mirzoyan Özbəkistana gedəcək

 21:42 13.04.2023     365

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Özbəkistana işgüzar səfərə gedir 

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Sabah başlayacaq səfər zamanı Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

İclas zamanı nazirlər beynəlxalq və regional mövzuları müzakirə edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən