“Boeing” Ukrayna şirkətlərini borclarını sildi

 22:09 13.04.2023     322

“Boeing” şirkəti Ukrayna şirkətlərinin “Sea Launch” layihəsi çərçivəsində maliyyə öhdəliklərindən azad edildiyini açıqlayıb.

Redaktor.az “İnterfaks-Ukraina” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlıumat verib.

“ABŞ biznes nümayəndələri ilə görüş zamanı “Boeing” şirkəti Ukrayna şirkətlərini “Sea Launch” layihəsi ilə bağlı 200 milyon dollarlıq öhdəlikdən azad etdiyini açıqlayıb. Ukraynaya dəstək üçün verilmiş vacib qərara görə təşəkkür edirik”, - D.Şmlqal tviter hesabında yazıb.