"Putin öz mühafizəçilərinin əli ilə öldürüləcək" - "KQB" polkovniki

 14:33 14.04.2023     579

"Rusiya diktatoru Vladimir Putin öz mühafizəçilərinin əli ilə və ya onların sui-qəsddə birbaşa iştirakı ilə öləcək".

Redaktor.az xəbər verir ki, bunu UNİAN-a müsahibəsində "KQB"nin istefada olan polkovniki, keçmiş kəşfiyyatçı, politoloq və publisist Sergey Jirnov deyib.

Bundan əvvəl Britaniya Baş Qərargahının keçmiş rəhbəri Riçard Dannat və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Olson Putinin də Sezar kimi öz ətrafı tərəfindən öldürüləcəyini bildirmişdilər. Üstəlik, hər ikisi Rusiyanın ali hərbi rəhbərliyini sui-qəsdçi roluna əsas namizəd kimi görür.

Bu fərziyyələri şərh edən Jirnov əmin olduğunu bildirib ki, bu, tamamilə real ssenaridir:

“İstənilən keçmiş kəşfiyyatçıya aydındır ki, təhlükəsizlik xidməti tərəfindən qorunan və ölkədən ayrılan istənilən diktator, bir qayda olaraq, öz yaxın çevrəsi tərəfindən öldürülür".

Jirnov xatırladıb ki, vaxtilə Rusiya imperatoru I Pavelin öldürülməsinə öz mühafizəçiləri kömək ediblər.

"Başqa bir məsələ odur ki, onlar gecikdilər", - ekspert bildirir.

Qeyd edək ki, ötən gün Rusiya müxalifətinin lideri Mark Feyqin bildirib ki, Rusiyada oliqarxlar, yüksək vəzifəli şəxslər və təhlükəsizlik məmurları arasında Vladimir Putindən narazılıq artır. O, diktatoru aradan götürmək üçün “sıfırdan fərqli” şansa inanır, lakin belə bir nəticəyə ümid bəsləməyi yanlış hesab edir.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov hesab edir ki, Rusiya indiki federasiya formatında hətta yaxın gələcəkdə mövcudluğunu dayandıra bilər. Onun sözlərinə görə, bu, Ukraynada müharibə başa çatana qədər baş verəcək.

Turan İSMAYIL