Lavrov Mirzoyanla danışıqlar apardı

 14:54 14.04.2023     326

Aprelin 14-də Səmərqənddə Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanın görüşü baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, danışıqlar Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

İki nazir arasında danışıqların təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu gün Səmərqənddə MDB Xarici İşlər Nazirlərinin növbəti iclası keçirilib. Gündəliyə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə ona yaxın məsələ daxil edilib. Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Turan İSMAYIL