Belaruslar "İsgəndər"lə nüvə silahından istifadəni öyrənir

 15:39 14.04.2023     364

“İsgəndər” raket kompleksinin Belarus ekipajlarının taktiki nüvə silahı ilə işləməyə hazırlığı gələn həftə başa çatacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

"Biz nüvə silahı daşıya bilən avadanlıqlar, təyyarələr hazırlamışıq, müasir "İsgəndər" kompleksi almışıq, o da nüvə başlıqlı raketlərdən istifadə etmək qabiliyyətinə malikdir. Gələn həftə Rusiyada müvafiq bölmənin təlimi başa çatacaq və o, bizə geri qayıdacaq”, - o, deyib.

Turan İSMAYIL