Ermənistanda əsgər özünü silahı ilə vurdu

 16:16 14.04.2023     446

Erməni hərbçiöz xidməti silahından açılan atəşlə yaralanıb.

Redaktor.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti sabit olaraq qiymətləndirilir.

Hadisənin bütün detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.