"NATO-Rusiya müharibəsi başlasa, Polşa axmaq baş naziri ilə birlikdə yoxa çıxacaq" - Medvedev

 16:20 14.04.2023     408

Avropada NATO forpostu olan Polşa Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibə başlayarsa, mütləq yox olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Polşanın baş naziri Mateuş Moravetskinin Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrin Rusiya və NATO arasında birbaşa toqquşmaya səbəb ola biləcəyindən çox da narahat olmadığı barədə bəyanatlarını şərh edərkən bildirib.

"Mən belə bir müharibədə kimin qalib və ya uduzacağını bilmirəm, lakin Polşanın NATO-nun Avropadakı forpostu rolunu nəzərə alsaq, ölkə şübhəsiz ki, axmaq baş naziri ilə birlikdə yoxa çıxacaq", - Medvedev deyib.

Turan İSMAYIL