İlon Mask uşaqların cinsiyyətinin dəyişdirilməsinə görə ömürlük həbs cəzası TƏKLİF ETDİ
Azyaşlı uşaqların cinsiyyətinin dəyişdirilməsinə görə ömürlük həbs cəzası verilməlidir.
Redaktor.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask Florida ştatında qəbul edilən bu cür əməliyyatları qadağan edən qanunu şərh edərkən bildirib.
“Uşağı yetkin olana qədər sterilizasiya edən və təkbaşına buna razılıq verə bilən hər bir valideyn və ya həkim ömrünün sonunadək həbsxanaya getməlidir”, – Mask Tviter-də yazıb.
Turan İSMAYIL